USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Martın 18-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) 18 martda respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

DİM-dən ASAN Radioya verilən məlumata görə, həmin gün ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 11-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlayacaq.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

 

- imtahana buraxılış vərəqəsini;

 

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

 

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və.icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb.

 

9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 32822 (Şəmkirdə 2467, Gədəbəydə 837, Ağstafada 944, Qazaxda 1015, Tovuzda 1952, Mingəçevirdə 1302, Balakəndə 881, Zaqatalada 1232, Qaxda 610, Yardımlıda 589, Cəlilabadda 2338, Masallıda 2138, Lerikdə 598, Göyçayda 1335, Ağdaşda 1257, Ucarda 927, İsmayıllıda 981, Qobustanda 377, Ağcabədidə 1815, Xocavənddə 56, Füzulidə 813, Beyləqanda 1047, Salyanda 1419, Neftçalada 821, Hacıqabulda 715, Qusarda 1041, Qubada 1953, Siyəzəndə 469, Xızıda 164, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrində 729) şagirdin iştirakı nəzərdə tutulur.

 

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında isə 3791 (Bakıda 1499, Gəncədə 300, Şəmkirdə 77, Gədəbəydə 73, Qazaxda 55, Tovuzda 55, Sumqayıtda 428, Şamaxıda 61, Qaxda 84, Bərdədə 132, Göyçayda 70, Kürdəmirdə 76, Zərdabda 60, Şirvanda 153, Sabirabadda 61, Biləsuvarda 66, Salyanda 72, Saatlıda 78, Lənkəran 56, Cəlilabadda 117, Qubada 77, Qusarda 39, Xaçmazda 102 nəfər) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

 

İmtahanların idarə olunmasına ümumilikdə 285 imtahan rəhbəri, 3278 nəzarətçi-müəllim ayrılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!