VI Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirə olunduğu məkandır.
ASAN Radionun məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycanın paytaxtında keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, bu gün regional təhlükəsizlik üçün əməkdaşlığa daha çox ehtiyac var: "Ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək birgə layihələrin reallaşdırılması da çox mühümdür".
O bildirib ki, bu gün Türkiyə və Azərbaycan mühüm layihələr həyata keçirirlər: "Bu layihələr təkcə regionun inkişafına istiqamətlənməyib, eləcə də beynəlxalq miqyaslıdır".
B.Yıldırım əlavə edib ki, TANAP boru kəməri belə vacib layihələrdən biridir:
"Türkiyə müttəfiq və dostların sayını artırmaq siyasəti yürüdür. Böhranın həlli üçün bütün ölkələr birlikdə fəaliyyət göstərməlidirlər".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!