USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan, Türkiyə, İran və Gürcüstan XİN rəhbərlərinin Bakı görüşündə "yol xəritəsi" imzalanacaq

"Bu gün Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördlük formatında ilk görüşünü keçirəcəyik. Görüşdə "yol xəritəsi" imzalanacaq".

ASAN Radionun məlumatına görə, bunu Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu bildirib ki, dördlük formatı əsasən Azərbaycan və Türkiyənin bu bölgədə oynadığı rolun göstəricisidir: "İlk toplantı ilə bağlı "yol xəritəsi" üzərində çalışmışıq. Orada nəqliyyat, enerji, iqtisadiyyat, ticarət və gömrüklə bağlı məsələlər, regional əməkdaşlıq, bir sözlə, siyasi və iqtisadi məsələlər yer alıb. Bu, gələcəklə bağlı "yol xəritəsi"dir. Gələcəkdə dörd ölkə bu istiqamətlərdə ortaq addımlar atacaq".

Nazir qeyd edib ki, İran da Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq istəyir: "Eyni zamanda, enerji sahəsində əməkdaşlıq hədəfləri var. "Yol xəritəsi"ndə Azərbaycan, Türkiyə, İran və Gürcüstanı maraqlandıran məsələlər əksini tapıb. Dörd ölkənin Xarici İşlər nazirliklərinin əməkdaşları "Yol xəritəsi" üzərində çalışıb, biz nazirlər də bunu dəyərləndirərək son nəticədə imzalayacağıq".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!