USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Birinci vitse-prezident xalq yazıçısı Anarı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə təbrik məktubu ünvanlayıb.

ASAN Radionun məlumatına görə, təbrik mətnində deyilir: " Hörmətli Anar müəllim. Sizi – Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan canlı klassikimizi və görkəmli yazıçını 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram.

Sizin ən müxtəlif ədəbi üslubda yazdığınız əsərlər və dramaturgiya sahəsindəki fəaliyyətiniz Azərbaycanda ədəbi fikrin formalaşması və mədəniyyətimizin inkişafı baxımından misilsiz əhəmiyyət daşıyır. Əsərlərinizin əsas xüsusiyyətlərindən biri kimi Azərbaycan dilinin saflığının qorunması, sadə Azərbaycan dilində yazıb-yaratmağınız Sizin bu dilə olan sevginizin ifadəsidir. Məhz buna görə də yazdığınız əsərlər üslub və janrından asılı olmayaraq Azərbaycan oxucusunun sevimli əsərlərinə çevrilməklə yanaşı, ədəbi zövqün formalaşması baxımından mühüm rola malikdir.

Sizin səmərəli yaradıcılığınızın təsiri altında Azərbaycan ədəbiyyatında böyük bir ədəbi nəsil yetişmişdir. Bir-birindən maraqlı və təkrarsız əsərlərinizdə həm milli-mənəvi dəyərlərin təbliği, həm də müasirliyin tərənnümü böyük ustalıqla təsvir olunmuşdur. Siz ədəbi fəaliyyətinizlə yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirsiniz. Bir ziyalı kimi nümayiş etdirdiyiniz müdriklik, vətənpərvərlik və prinsipial mövqe bu gün bir çoxları üçün nümunə rolunu oynayır.

Təsadüfi deyil ki, Siz dövlətimizin ən ali təltiflərinə layiq görülmüsünüz. Çoxsaylı təltifləriniz Sizin əməyinizin yüksək qiymətləndirilməsini göstərməklə yanaşı, fəaliyyətinizin nə qədər səmərəli və gərəkli olmasının göstəricisidir. Hörmətli Anar müəllim, bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları, doğmalarınızın və yaxınlarınızın əhatəsində sağlam və firavan həyat arzulayıram".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!