USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT QAK və Bakı Britaniya Məktəbi qaçqın və yerli məktəbli oğlanlar üçün futbol turniri təşkil edib 

Yerli və qaçqın yeniyetmələrdən ibarət səkkiz komandanın yarışdığı üç günlük mini-futbol turniri başa çatıb. 

ASAN Radio xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş turnir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı Britaniya Məktəbi (British School in Baku) tərəfindən təşkil edilib və maliyyələşdirilib. Layihə ölkədə qaçqınlar üçün əlverişli məskunlaşma mühitinin möhkəmləndirilməsi və onların uğurlu sosial və mədəni inteqrasiya perspektivlərinə dəstək verilməsi niyyəti ilə həyata keçirilib. 

"BMT QAK qaçqın uşaqlarını yerli icma ilə bir araya gətirən və tolerantlıq, qarşılıqlı anlaşma və həmrəylik mühitini möhkəmləndirən bu təşəbbüsü yüksək qiymətləndirir," BMT QAK-ın ölkə üzrə nümayəndəsi cənab Furio De Angelis bildirib. 

Qeyd olunan turnir çərçivəsində Bakı şəhərində yaşayan əfqan, çeçen və İran qaçqın icmalarından olan yeniyetmə oğlanlardan ibarət iki mini-futbol komandası şəhərin 177, 212 və 82 saylı ümumtəhsil məktəblərindən, habelə Bakı Britaniya Məktəbi və Modern Məktəb kimi özəl təhsil ocaqlarından olan uşaqlardan təşkil olunmuş komandalarla birlikdə yarışmada iştirak ediblər. Hər iki qaçqın komandasının on iki üzvünün hamısı turnirin yekun mərasimində Bakı Britaniya Məktəbi tərəfindən futbol-idman dəstləri ilə mükafatlandırılıb.  

Final qarşılaşmalarını BMT QAK-ın Ölkə üzrə Nümayəndəsi cənab Furio De Angelis, Bakı Britaniya Məktəbinin direktoru xanım Meksin Uittingem (Maxene Whittingham), eləcə də müəllimlər, məktəblilər və qaçqın ailələrdən olanlar da daxil omaqla valideynlər canlı izləyib. 

BMT QAK 1992-ci ilin sonlarından Azərbaycanda fəaliyyət göstərir və ölkədəki bir milyondan artıq qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərin himayə olunmasında və onlara yardım göstərilməsində Hökumətə dəstək verir. Təşkilat mandatı altında olan bütün şəxslərin öz hüquqlarından istifadə etmələrini və Azərbaycanda cəmiyyətin iqtisadi, sosial və mədəni həyatına töhfə vermək imkanına malik olmalarını təmin etməyə çalışır. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!