17/08/2018 18:42

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9343 0.0254 0.2909


Rəsmi

VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib


16.03.2018   06:51


Martın 15-də VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

ASAN Radionun xəbərinə görə, ziyafətdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Bir sıra ölkələrin dövlət və hökumət başçılarının, eləcə də sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin iştirak etdikləri ziyafətdə Prezident İlham Əliyev və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa çıxış ediblər.

Altıncı Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.




Xəbər lenti

17 Avqust













ASAN Radio telefonunuzda
Facebook