USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dünyaca məşhur müğənni Kristina Aqilera Bakıda konsert verəcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, sonuncu onilliyin ən məşhur ifaçılarından biri olan Kristina Aqilera aprelin 28-i, şənbə günü 2018 Formula 1 Azərbaycan Qran Prisinin sıralanma turu başa çatdıqdan sonra axşam saatlarında avtoidman həvəskarlarının qarşısına çıxacaq.

BŞH-dan ASAN Radioya verilən məlumata görə, ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunun axşam saatlarında keçirilən əsas konsert proqramları Bakı Kristal Zalında baş tutacaq.

Bəstəkar və aktrisa kimi də tanınan müğənni K.Aqileranın 7 albomu bütün dünyada ümumilikdə 43 milyon dəfədən çox satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən K.Aqilera indiyədək 6 “Grammy” mükafatına layiq görülüb və onun 4 mahnısı “Billboard”-ın ən çox dinlənən 100 ifası cədvəlində ilk sırada yer alıb. Bundan başqa, K.Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox əfsanəvi incəsənət adamları ilə də sıx əməkdaşlıq edib.

“Rolling Stone” jurnalı K.Aqileraya “bütün dövrlərin ən çox dinlənən 100 ifaçısı”, “Time” jurnalı isə ona “dünyanın ən nüfuzlu 100 şəxsi” sırasında yer verib. “Genie in a Bottle”, “Beautiful” və “Come on Over” kimi ən çox dinlənən ifaları bütün dünyada rekord qıraraq ona bütün dövrlərin ən uğurlu pop vokal ifaçılarından biri ünvanını qazandırıb.

Müğənnilik və bəstəkarlıq fəaliyyəti ilə yanaşı K.Aqilera müxtəlif film və seriallara çəkilib. O həm də rol ifa etdiyi “Burlesque” filmində səsləndirilən “Bound to You” mahnısının bəstəkarlarından biri olub. Daha sonra bu mahnı “Golden Globe” nominasiyasına layiq görülüb. Bu il K.Aqilera “Warner Bros” tərəfindən çəkilən “Life of the Party” və çəkilişi müstəqil aparılan “Zoe” filmində yer alacaq. “Zoe” filmi bu il ilk dəfə “Tribeca” film festivalında nümayiş olunacaq.

Bundan başqa, K.Aqilera Ümumdünya Ərzaq Proqramında BMT-nin səfiri kmi fəaliyyət göstərməklə yanaşı bir sıra digər xeyriyyə işlərində də yer alır.

BŞH-nin icraçı direktoru Arif Rəhimov K.Aqileranın yarış ərəfəsində Bakıda konsert verəcəyi xəbərinə çox sevindiyini bildirib: “K.Aqileranın 2018 Formula 1 Azərbaycan Qran Prisinin yarış həftəsonunun şənbə günündə Bakıda konsert proqramı ilə çıxış edəcəyi xəbəri bizi çox sevindirdi. O həqiqətən də superstardır və musiqi tarixində ən çox dinlənən mahnılardan bir neçəsinin valehedici ifaçısıdır. Gərgin mübarizə ilə keçən sıralanma turundan sonra onun Kristal Zalda avtoidman həvəskarlarının qarşısına çıxaraq ən məşhur ifalarını səsləndirməsi bizim üçün böyük bir ayrıcalıqdır və eyni zamanda çox həyəcanverici məqamdır. İnanıram ki, onun Azərbaycandakı azarkeşləri səbrsizliklə bu anı gözləyirlər və mən fürsətdən istifadə edərək K.Aqileranın bütün sevənlərini ilin ən baxımlı və əyləncəli yarış həftəsonunu bizimlə birlikdə keçirməyə dəvət edirəm. Bu konsert proqramı yarış həftəsonları arasında ən mükəmməl şənbə günü ab-havası yaradacaq. Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!”

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Həmçinin tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişi üçün xüsusi avtobuslar xidmət göstərəcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

2018 Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Daha ətraflı məlumat üçün [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!