USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda 3 marşrutun istiqaməti dəyişdi

59, 108 və 159 nömrəli müntəzəm marşrut xətlərinin fəaliyyətində dəyişiklik edilib.

 

BNA-dan ASAN Radioya verilən məlumata görə, dəyişikliyə əsasən, 59 nömrəli marşrut xətti üzrə avtobuslar 2-ci Alatava yaşayış sahəsi-Mətbuat prospekti-Səməd Vurğun küçəsindən keçməklə son dayanacaq olaraq S.Rəhimov küçəsi (“28 May” metrostansiyasının yaxınlığı) müəyyən edilib. Dəyişiklik edilməsinə səbəb, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətidir. Sözügedən dəyişiklik nəticəsində, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin şəhər mərkəzinə rahat gediş gəlişi təmin ediləcək. 2-ci Alatava-metronun “Elmlər Akademiyası” stansiyası istiqamətində isə gediş gəliş 159 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət avtobuslarla təmin ediləcək.

Sərnişindaşımada təkmilləşdirmə işləri çərçivəsində, 108 nömrəli marşrut xətti (metronun “Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmayı qəsəbəsi) ləğv edilərək fəaliyyətini “108 A” və “108 B” olmaqla davam etdirəcək. Dəyişikliyə əsasən, “108 A” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Goradil qəsəbəsi, son dayanacaq məntəqəsi “Azadlıq” metrostansiyası olmaqla, “108 B” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Fatmayı qəsəbəsi, son dayanacaq məntəqəsi “Azadlıq” metrostansiyası olmaqla müəyyən edilib. Dəyişiklik nəticəsində Fatmayı bağları (Çimərlik) və Mehdiabad qəsəbə sakinlərinin “Azadlıq prospekti” metrostansiyasına daşınmasınıın faziləsizliyi və təhlükəsizliyi təmin ediləcək.

 

Vətəndaş müraciətlərinə əsasən 159 nömrəli müntəzəm marşrutun (“Çiçək” qəsəbəsi-metronun “Elmlər Akademiyası” stansiyası) hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi təyin edilib. Bununla da yaşayış binalarının, iaşə obyektlərinin olduğu D.Bünyadzadə və 11E küçəsləri ilə müntəzəm marşrut xəttinin təşkili təmin olunacaq. Hazırda qeyd edilən ərazidə yaşayan sakinlər marşrut xəttində istifadə etmək üçün uzun məsafəni piyada qət etməli olurlar.

 

Hər üç marşrut xətti üzrə nəzərdə tutulan dəyişikliklər 21.03.2018 tarixinədək tətbiq ediləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!