23/10/2018 01:24

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Mədəniyyət

Masallı “ASAN həyat” kompleksində Novruz şənliyi keçirilir


18.03.2018   13:46


Bu gün Masallı “ASAN həyat” kompleksində Novruz şənliyi keçirilir.

“ASAN xidmət” və Park Cinemanın birgə təşkilatçılığı,  ASAN Radio və  Xəzər TV-nin informasiya dəstəyi ilə təşkil olunan şənlik yerli sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.

“ASAN həyat şənliyi” şüarı ilə baş tutan konsert proqramında məşhur sənətçilər səhnədə bir – birindən möhtəşəm mahnılarını ifa edəcəklər. Tanınmışların arasında müğənnilər - Emil Bədəlov, Yaşar Cəlilov, Nazim Məmmədov, Zemfira İbrahimova, "Nənələr" qrupu, bölgə solistləri, DJ-lər, aktyorlar - Fərda Amin, Müşfiq Şahverdiyev, Novruz personajları - Kosa, Keçəl, Bahar qız bayrama rəng qatacaqlar. Bayram proqramı şənliyinə məşhur aktyorların imza günü və film təqdimatı da daxildir. 

Konsert tədbirlərinin təşkilində yerli icra hakimiyyətləri dəstək göstərir. Buna görə, Masallı, Mingəçevir, Quba rayon icra hakimiyyətlərinə təşəkkür edirik. 

Qeyd edək ki, “ASAN həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər.  “ASAN həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook