“Ölkəmizi tanıyaq” devizi altında respublikanın müxtəlif rayonlarına səfər edən məktəblilər Qəbələ regional “ASAN xidmət” mərkəzində olublar.
ASAN Radio xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan "Ölkəmizi tanıyaq" devizi ilə onların respublikanın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Göygöl, Gəncə, Samux, Gədəbəy, Şəmkir, Goranboy rayonundan olan təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən məktəblilərdən ibarət qruplar 17.03.2018-ci il tarixində Qəbələ regional “ASAN xidmət” mərkəzində olublar.
Səfər çərçivəsində müxtəlif rayonlardan olan məktəblilərə “ASAN xidmət” mərkəzləri, fəaliyyət istiqamətləri, həyata keçirilən layihə və sosial aksiyalar haqqında məlumat verilib, sonda xatirə şəkilləri çəkilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!