23/10/2018 01:44

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Mədəniyyət

Mingəçevir “ASAN həyat” kompleksində Novruz şənliyi keçiriləcək


19.03.2018   09:09


Bu gün Mingəçevir “ASAN həyat” Kompleksində Novruz şənliyi keçiriləcək.

“ASAN xidmət” və Park Cinemanın birgə təşkilatçılığı,  ASAN Radio və  Xəzər TV-nin informasiya dəstəyi ilə təşkil olunan şənlik yerli sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.

“ASAN həyat şənliyi” şüarı ilə baş tutan konsert proqramında məşhur sənətçilər səhnədə bir – birindən möhtəşəm mahnılarını ifa edəcəklər. Bayram proqramı şənliyinə məşhur aktyorların imza günü və film təqdimatı da daxildir. 

Qeyd edək ki, “ASAN həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər.  “ASAN həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

 




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook