USD - 1.7 EUR - 1.9515 RUB - 0.0254 TRY - 0.3115 DAHA ÇOX
SON DƏQİQƏ
Xarici valyutaların manata qarşı məzənnələri Azərbaycanın bütün ərazisini əhatə edəcək mütərəqqi kitabxana sistemi yaradılacaq Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Qərargah yaradılıb “ASAN”a konsulluq xidmətləri göstərilməsi hüququ verilib Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb
“ASAN həyat şənliyi” Masallıda 

Martın 18-də Masallı “ASAN həyat” kompleksində Novruz şənliyi keçirilib və şənlik rayon sakinlərinə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Şənlik “ASAN xidmət” və Park Cinemanın birgə təşkilatçılığı, “ASAN Radio” və Xəzər TV-nin informasiya dəstəyi ilə təşkil olunub. 

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı və Masallı “ASAN xidmət”in direktoru Vidadi Muxtarov çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

“ASAN xidmət”in qarşısındakı meydanda keçirilən mərasimdə bayram tonqalları yandırılıb. Milli paltar geyinmiş oğlan və qızlar tonqal ətrafında “Yallı” gediblər.

Bayram tədbirində rayonun bədii özfəaliyyət kollektivlərinin, Novruzun personajları Kosa və Keçəlin iştirakı ilə təqdim olunan qədim xalq rəqsləri və oyunlar maraqla qarşılanıb.

“ASAN həyat şənliyi” devizi ilə keçirilən konsert proqramında Masallının “Halay” folklor rəqs kollektivi, respublikanın tanınmış estrada müğənniləri Yaşar Cəlilov, Emil Bədəlov və Zemfira İbrahimova bir–birindən gözəl mahnılarla tamaşaçıların zövqünü oxşayıblar.

Masallı şəhərindəki “ASAN həyat” kompleksinin kino-klubunun yay səhnəsində isə “Ağ tük” filminin təqdimatı olub.

Qeyd edək ki, oxşar Novruz şənliyi 19 mart Mingəçevir “ASAN həyat” kompleksində, 25 mart isə Quba “ASAN həyat” kompleksində baş tutacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio