17/08/2018 18:43

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9343 0.0254 0.2909


Dövlət xidmətləri

FHN Qəbələ regional “ASAN xidmət” mərkəzində maarifləndirmə tədbiri keçirib


19.03.2018   12:39


FHN-in Şimal-qərb Regional Mərkəzi Qəbələ regional “ASAN xidmət” mərkəzində maarifləndirmə tədbiri keçirib. 

ASAN Radio xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə 16 mart 2018-ci il tarixində Qəbələ regional “ASAN xidmət” Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə “ASAN xidmət”  Mərkəzinin kollektivi iştirak edib.

Tədbir iştirakçılarına “Fövqəladə hallar barədə ümumi məlumat”, “Sel və daşqın”, “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” və “112 qaynar xətti” haqqında geniş məlumatlar verilib. Mövzular video-slayd vasitəsilə müşayiət olunub.

Sonda xilasedicilər tərəfindən xilasetmə alət və avadanlıqları izahlı nümayiş olunub, yaralılara ilkin tibbi yardımın edilməsi göstərilib.

 




Xəbər lenti

17 Avqust













ASAN Radio telefonunuzda
Facebook