17/08/2018 18:44

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9343 0.0254 0.2909


Havadasan

Bayram günlərinin hava proqnozu


19.03.2018   13:03


20-22 martda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə:

Bakıda və Abşeron yarımadasında 

Martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-19, Bakıda  gecə  8-10, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi  760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək. 

Martın 21-də hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz  12-17, Bakıda  gecə  8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 

Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda  gecə  6-8, gündüz 14-16 dərəcə isti  olacağı gözlənilir. 

Atmosfer  təzyiqi  762 mm civə sütunu, nisbi rütubət  65-75 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında 

Martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu gecə 5-10, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti olacaq. 

Martın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 4-9, gündüz  19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

Xəbərdarlıq

Martın 21-24-də bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir. 




Xəbər lenti

17 Avqust













ASAN Radio telefonunuzda
Facebook