23/10/2018 00:40

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Gündəm

Prezident seçkisində namizədlər üçün ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilib


19.03.2018   17:32


Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilib.

ASAN Radionun məlumatına görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, həftədə 3 saat İctimai Televiziya, 3 saat İctimai Radio olmaqla, ümumilikdə 6 saatlıq ödənişsiz efir vaxtı ayrılacaq.

İctimai Televiziya və İctimai Radioda hər dəfə 1 saat olmaqla, həftə ərzində üç dəyirmi masa təşkil ediləcək. Ötən seçkilərdən fərqli olaraq, namizədlərin istəyi nəzərə alınıb, İctimai Televiziyada efir vaxtı saat 19.00-dan saat 22.00-a dəyişdirilib. İctimai Radioda isə dəyirmi masalar saat 19.00-da təşkil ediləcək. 

Püşkatmanın nəticəsinə əsasən, prezidentliyə namizədlər İctimai Televiziya və İctimai Radioda dəyirmi masalarda aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

 

1 - öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, 

 

2 - Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə

 

3 - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev

 

4 - Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev

 

5 - "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev

 

6 - Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlu

 

7 - Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev

 

8 - Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev

 

Hər namizəd hər Dəyirmi Masada 7 dəqiqə 30 saniyə çıxış edəcəklər. 




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook