23/10/2018 00:41

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Mədəniyyət

Mingəçevir “ASAN həyat” kompleksində Novruz şənliyi keçirilir - FOTOLAR


19.03.2018   16:40


Bu gün Mingəçevir “ASAN həyat” Kompleksində Novruz şənliyi keçirilir.

“ASAN xidmət” və Park Cinemanın birgə təşkilatçılığı,  ASAN Radio və  Xəzər TV-nin informasiya dəstəyi ilə təşkil olunan şənlik yerli sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadır.

“ASAN həyat şənliyi” şüarı ilə baş tutan konsert proqramında məşhur sənətçilər səhnədə bir – birindən möhtəşəm mahnılarını ifa edirlər. 

Tanınmış müğənnilərdən Günay İbrahimli, Əhməd Mustafayev, Elnur Zeynalov, Çinarə Məlikzadə, Məlik Ramiz, Murad Arif, East or West qrupu, Mübarək rəqs qrupu, Retro qrupu (Mingəçevir), Rəqs qrupu (8 nəfərlik), Nəriman Mingəçevirli, Aşıq Anar (Mingəçevir) səhnədə çıxış edəcəklər.

Bundan başqa, DJ-lər, Novruz personajları - Kosa, Keçəl, Bahar qız bayrama rəng qatırlar.




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook