USD - 1.7 EUR - 1.935 RUB - 0.0256 TRY - 0.3174 DAHA ÇOX
SON DƏQİQƏ
Futbol üzrə 2022-ci il dünya çempionatında 48 yığma komanda çıxış edə bilər 20 Yanvar günü bu yollar bağlı olacaq  Prezidentin fərmanı ilə bağlı "ASAN xidmət"də  İşçi Qrup yaradılıb Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək Sabah hava mülayim və yağmursuz keçəcək
YAP təbliğat-təşviqat kampaniyasına başlayıb

Yeni Azərbaycan Partiyası bu gündən etibarən prezident seçkiləri ilə əlaqədar partiyanın prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına başlayıb.

YAP-dan APA-ya verilən məlumata görə, Gəncə şəhər 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində təşviqat materiallarının yerləşdirilməsinə start verilib.

YAP Mərkəzi Seçki Qərargahın Gəncə şəhər şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. Bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər keçiriləcək.

Partiyanın Ucar rayon təşkilatı da qanunvericiliyin tələblərinə uyğun olaraq təbliğat üçün ayrılmış müvafiq yerlərdə üzərində “İlhamla İrəli” şüarı yazılmış plakatlar asıb. Prosesə YAP Ucar rayon təşkilatının gənc fəalları və könüllüləri qoşulub.

Partiyanın Salyan rayon təşkilatının Seçki Qərargahı da 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevin təbliğat-təşviqatı ilə bağlı Seçki Dairələri üzrə seçki məntəqələrinin ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində təbliğat-təşviqat materiallarını asmağa başlayıb. Seçki Qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə Seçki Məcəlləsinə uyğun nəzərdə tutulmuş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.

YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirib ki, salyanlılar bu seçkilərdə də xalqın alternativsiz seçimi, YAP-ın namizədi İlham Əliyevə böyük etimad göstərəcəklər. Partiyanın digər yerli təşkilatlarında da proses Seçki Məcəlləsinə uyğun olaraq davam etdirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio