USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT-nin İnsan Hüquqları Şurasında “ASAN xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul olunub

BMT-nin İnsan Hüquqları Şurasının martın 22-də Cenevrədə keçirilən 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu qətnamə dünyanın qlobal inkişaf proqramını müəyyən edən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin 2015-ci ildə qəbul olunmasından bəri təşkilatın İnsan Hüquqları Şurası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə qəbul edilmiş ilk sənəddir.

Azərbaycan Xarici İşlər Nazirliyindən ASAN Radioya bildiriblər ki, qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən biri hesab edilən “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.

Qəbul edilmiş qətnamədə dövlət xidmətlərinin texnoloji yeniliklər və innovativ yanaşmalar vasitəsilə çatdırılmasının insan hüquqlarının müdafiəsinə verdiyi töhfə vurğulanır və bu sahədə uğurlu modellər təsis etmiş BMT-nin üzv ölkələri öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət olunur.

Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli, səmərəli və vətəndaşların ehtiyaclarına adekvat şəkildə çatdırılmasının insan hüquqlarının müdafiəsində və korrupsiyanın qarşısının alınmasında oynadığı mühüm rolu qeyd edən qətnamə, dövlət xidmətlərinin göstərildiyi əsas mərkəzlərdən uzaqda məskunlaşmış vətəndaşların bu xidmətlərə əlçatanlığının artırılması məqsədilə mobil xidmət mərkəzlərindən və elektron tətbiqlərdən istifadənin əhəmiyyətini vurğulayır.

Qətnamə, həmçinin 2015-ci ildə “ASAN xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir, BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.

Nazirlikdən verilən məlumatda qeyd edilir ki, ölkəmiz tərəfindən irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün coğrafi və siyasi qruplaşmalarını təmsil edən 87 dövlət həmmüəllif qismində qoşulub. Bu da BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qəbul edilən digər qətnamələrlə müqayisədə kifayət qədər yüksək göstəricidir. Bu amil “ASAN xidmət”in təsis edilməsi və genişləndirilməsi də daxil olmaqla, ölkəmizdə insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilməkdə olan islahatlara beynəlxalq insan hüquqları ictimaiyyəti tərəfindən nümayiş etdirilən dəstəyin bariz göstəricisidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!