USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Azerbaijan Golden Kids Awards 2018" mükafatlandırma mərasimi baş tutacaq

Azərbaycanda ilk dəfə bu il 1 İyun uşaqların beynəlxalq müdafiəsi günü, "Azerbaijan Golden Kids Awards 2018" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutacaq.

ASAN Radionun məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə ilk dəfə reallaşacaq böyük layihədə 3 yaşdan 15 yaşadək uşaqlar iştirak edə bilərlər. Bu günədək müxtəlif kreativ uşaq layihələrini reallaşdıran təşkilatçılar aşağıdakı nominasiyalar üzrə qalibləri mükafatlandıracaqlar:

Ən yaxşı rəssam

Ən yaxşı vokal ifaçı

Ən yaxşı pop ifaçı

Ən yaxşı pop qrup

Ən yaxşı model

Ən yaxşı pianoçu

Ən yaxşı skripka ifaçısı

Ən yaxşı xor

Ən yaxşı rəqqas

Ən yaxşı rəqs ansamblı

Ən yaxşı aktyor

Ən yaxşı aparıcı

Ən yaxşı şahmatçı

Ən yaxşı idmançı

Ən yaxşı gimnast

 

Layihə rəhbəri qeyd edib ki, gizli ekspertlər tərəfindən seçilən üç (3) nominantın tanıtım posterləri sosial şəbəkələrdə və mediada aprel və may ayları ərzində yayılacaq.

Layihənin əsas tədbiri, təntənəli Qala gecəsi Nizami Kino Mərkəzində baş tutacaq. Qala gecəsində qaliblər nominasiyalar üzrə mükafatlandırılacaq. Digər iştirakçılar isə fərqlənmə diplomları ilə təltif olunacaq.

Layihədə iştirak etmək istəyənlər CV, fotoşəkil və video çarxlarını [email protected]  ünvanına göndərə bilərlər. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!