USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Həsən Ruhani: İran və Azərbaycan neft-qaz sahəsində əməkdaşlıq sazişi imzalayacaq

İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfəri çərçivəsində neft-qaz sahəsində əməkdaşlıq barədə saziş imzalamağı planlaşdırır.

ASAN Radionun məlumatına görə, bunu H.Ruhani Aşqabada səfəri ərəfəsində Tehran hava limanında jurnalistlərə açıqlamasında deyib.

İran Prezidenti, həmçinin qonşu ölkələrlə əlaqələrin genişləndirilməsinə çağırıb.

Qeyd edək ki, H.Ruhani regiona səfərləri çərçivəsində Türkmənistana yola düşüb. O, sabah Azərbaycana gələcək.

Bundan əvvəl martda İran və Azərbaycan Xəzərdəki neft bloklarının işlənməsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin şərtləri üzrə danışıqlar aparıblar.

Xatırladaq ki, “Naftiran Intertrade Company” (NICO, İran Milli Neft Şirkətinin (NIOC) törəmə müəssisəsi) Azərbaycanın “Şahdəniz” qaz yatağının işlənməsi üzrə konsorsiumda 10 faiz iştirak payına sahibdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!