USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XİN: Azərbaycan Səudiyyə Ərəbistanının şəhərlərinə raket hücumlarını qınayır

“Səudiyyə Ərəbistanının şəhərlərinə edilən raket hücumlarını qınayırıq”.  

Bunu ASAN Radioya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yəmən ərazisindən Səudiyyə Ərəbistanına raketlərin atılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə əlaqədar mövqeyini dəfələrlə ifadə edib: “Bu qəbildən olan hallar regionda onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Biz regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün siyasi-diplomatik səyləri daha da artırmağa çağırırıq”.

Qeyd edək ki, martın 25-də Səudiyyə Ərəbistanı Yəmən tərəfindən bu ölkəyə 7 ballistik raketin atılması barədə məlumat yayılıb. Raketlərin hamısı raket əleyhinə müdafiə sistemləri tərəfindən vurulub. Raketlərdən üçü paytaxt Ər-Riyad tərəfə istiqamətlənib, raketlərin bəzi qalıqları yaşayış evlərinə düşüb. Nəticədə Misir vətəndaşı ölüb, iki nəfər yaralanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!