USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İsveçrənin Bazel şəhərində Azərbaycan filmi nümayiş olunub

İsveçrənin Bazel şəhərində təşkil olunmuş 13-cü Querfeld Mədəniyyətləraraslı Film Festivalında Azərbaycanın İsveçrədəki Səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə “Axınla Aşağı” filminin nümayişi keçirilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən ASAN Radioya verilən məlumata görə, film festivalın ilk günü, açılışdan dərhal sonra göstərilib və tamaşaçıların böyük marağına səbəb olub. Filmin nümayişindən əvvəl “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva tamaşaçıları salamlayıb və onlara ”Axınla Aşağı” filmi ilə yanaşı ölkəmizin mədəniyyəti, musiqisi, kinomotoqrafiyası haqqında ətraflı məlumat verib. O, son illərdə Azərbaycanda kinomotoqrafiyanın inkişafına xüsusi diqqət olduğunu tamaşaçıların diqqətinə çatdırıb.

Xatırladırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən Psixoloji ailə dramını canlandıran ekran əsəri 2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin quruluşçu rejissoru Asif Rüstəmovdur.

Festival çərçivəsində həmçinin təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyəti və mətbəxini tərənnüm edən güşə yaradılıb. Tədbirin təşkil olunduğu zalda ölkəmizin milli təamları və müxtəlif növ şirniyyatlar qonaqlara təqdim edilib.

Qeyd etmək istərdik ki, 2006-cı ildən keçirilən festival İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri tərəfindən təşkil edilir və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi, eləcə də ölkədə tolerantlığın təşviqinə xidmət edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!