USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AZINNEX-in İdarə Heyətinin növbəti görüşü keçirilib

29 mart 2018-ci il tarixində “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun (AZINNEX) İdarə Heyətinin növbəti görüşü keçirilib. 

ASAN Radioya bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, görüşdə hesabat təqdim edilib və hesabatda AZINNEX tərəfindən son ay ərzində aparılan işlər haqqında ətraflı məlumat verilib.  

Mart ayında AZINNEX bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində öz fəaliyyətini daha da genişləndirib. Əsas məqsəd Azərbaycanın innovasiya məhsullarının yeni bazarlara çıxarılması, ixrac zonasının daha da genişləndirilməsidir. Həmçinin, görüşdə AZINNEX-in yenilənmiş veb-saytı və korporativ jurnalı təqdim edilib. 

Bundan başqa AZINNEX-in Özbəkistan nümayəndəliyinin açılması üzrə işlər davam etdirilir. İdarə Heyətinin üzvləri tərəfindən nümayəndəliyin Özbəkistanda planlaşdırılan fəaliyyəti geniş müzakirə olunub. 

Daha sonra yerli qanunvericilikdə baş verən yeniliklər, xüsusilə də, Azərbaycan Respublikası Prezidentinin 9 mart 2018-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərmanı” və 14 mart 2018-ci il tarixli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” barədə şirkətlər tərəfindən müzakirələr edilib.  O cümlədən, Konsorsium üzvlərinin bu istiqamətdə gələcək fəaliyyətləri barədə geniş fikir mübadiləsi aparılıb.  

Sonda İdarə Heyətinin iclası aprel ayına planlaşdırılan strateji, təşkilati və inzibati məsələlərin müzakirəsi ilə yekunlaşıb.   

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!