USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Babək prospektinin yenidən qurulması Ağ Şəhərin şimal girişlərini təmin edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Babək prospektinin yenidən qurulması işləri bu ərazilərdə nəqliyyat sıxlığının qarşısını alaraq vətəndaşların rahat hərəkətini təmin edəcək, eləcə də Bakı Ağ Şəhərə şimaldan keçidi asanlaşdıracaq.

“Bakı Ağ Şəhər layihəsi”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi üzrə aidiyyəti qurumlarla birgə aparılır və prospekt boyunca müxtəlif su və kanalizasiya xətləri yeniləri ilə əvəzlənir, orta və yüksəktəzyiqli qaz xətləri çəkilir, yeni yağış suları ötürücüləri quraşdırılır. Burada köhnə geridönmələr ləğv edilərək, yeni və daha təhlükəsizləri ilə əvəz edilir.

Aparılan işlər çərçivəsində “Ağ Şəhər” layihəsindən keçən Süleyman Vəzirov küçəsinin Babək prospektinə qədər yenidən qurulması planlaşdırılıb. Layihənin şimal-şərqində Babək prospektinin S.Vəzirov küçəsi ilə kəsişməsində nizamlanan yol ayırıcısı nəzərdə tutulub. Küçə Ağ Şəhərin şimalında layihələndirilmiş yaşayış və kommersiya binalarından ibarət Babək prospekti kvartalına aparır. Bu kvartal ərazidə artıq formalaşmış ticarət məkanlarına daha geniş imkanlar yaradacaq.

Babək prospektinin rekonstruksiyası Ağ Şəhərin daha bir kvartalına – Mərkəzi Park rayonuna keçidi asanlaşdıracaq. Belə ki, prospektdən kvartala qədər yeni Mərkəzi Şərq küçəsi layihələndirilib. Babək kvartalından Mərkəzi Park rayonuna qədər uzanan küçənin eni 35 metr, uzunluğu 470 metrdir. Küçədə sakinlərin vaxtlarının dolğun keçirmələri üçün kvartalın qəlbinə çevriləcək meydan salınacaq. Ağ Şəhərin yüksəklik hissəsində yerləşən Mərkəzi Park rayonu, Bakı buxtasına panoram görünüşü olan müxtəlif hündürlüklü binalardan ibarət olacaq.

Layihənin şərqini əhatə edən 900 metr uzunluğu olan 6-cı Park küçəsi də Babək prospektindən başlayaraq, xidməti obyektlərə keçidi təmin edir.

Bakı şəhərinin nəqliyyat sistemində strateji yollardan sayılan Babək prospektinin yenidən qurulması Ağ Şəhərin şimal girişlərini açaraq, ərazinin baş plana uyğun inkişafını təmin edəcək.

Burada Bakı Metropoliteninin inkişaf planına əsasən, bənövşəyi xətlə mavi xəttin kəsişməsindəki metro stansiyası ətrafında ictimai nəqliyyat habı üçün də ərazi nəzərdə tutulub.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!