USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XİN: Azərbaycanın əsas prioriteti Qoşulmama Hərəkatının prinsiplərini beynəlxalq səviyyədə təşviq etməkdir 

"Azərbaycanın əsas prioriteti Qoşulmama Hərəkatının təməl və prinsiplərini, məqsəd və məramlarını beynəlxalq səviyyədə, o cümlədən, Avropa qitəsində təşviq etməkdir".

ASAN Radionun xəbərinə görə, bunu  XİN-in mətbuat xidməti Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan həm də beynəlxalq münasibətlərdə qanunun aliliyinə əsaslanan  münasibətlərin formalaşması, Bandunq prinsiplərinə hörmət kimi məqsəd və məramların təşviqinə çalışacaq: "Bu  gün də beynəlxalq münasibətlərdə gərginlik mühiti artmaqdadır və bu halda Qoşulmama Hərəkatının vacibliyi özünü təsdiqləyib".

"Qoşulmama Hərəkatının bəyanatlarında  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məxsusi qeyd olunur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri, ərazi bütövlüyü və suverenliyi dəstəklənir və məhz BMT  Təhlükəsizlik şurasının qətnamələri əsasında həllinə çağırış edilir. Əvvəlki sammitdə və XİN rəhbərlərinin toplantısında belə bir bənd də qəbul edilib. Builki toplantı çərçivəsində də bu məsələ müzakirə olunacaq. Çünki bu hərəkatın təməlində beynəlxalq sülh və təhlükəsizlik məsələləri, münaqişələrin həll edilməsi və onların həllinə müsbət töhfə verilməsi fundamental maraq kəsb edən məsələlərdən biridir", - deyə H. Hacıyev əlavə edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!