USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aprel döyüşlərinin 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

2 aprel 2018-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Aprel-2016” Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə aprel döyüşlərinin 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

ASAN Radio xəbər verir ki, təqdimat mərasimi şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik süküt və dövlət himninin səslənməsi ilə başlayıb.

“Aprel-2016” Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin həmsədrləri Aidə Eyvazlı və Sevinc Alızadə çıxışlarında aprel döyüşlərinin tariximizin şanlı səhifələrindən biri olduğunu qeyd ediblər.

Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində ASAN Könüllülərinin daimi fəaliyyətini və təşkil olunan layihələri qeyd edib. Bildirib ki, şanlı aprel döyüşləri Azərbaycan əsgərinin qəhrəmanlığını və tarixi qələbəni təcəssüm etdirir.

Ombudsman Elmira Süleymanova və millət vəkili Qənirə Paşayeva çıxış edərək  tarixi qələbəmizin Azərbaycan dövlətinin, ordusunun, əsgərinin gücünü nümayiş etdirdiyini bildiriblər.

Tədbirdə, həmçinin musiqi nömrələri, kompozisiyalar, şeir qiraəti, tamaşadan fraqmentlər  və film təqdim olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!