USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Formula-1”: DJ Afrojack Bakıya gələcək

Aprelin 27-29-da Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin konsert proqramında çıxış edəcək daha bir əcnəbinin adı açıqlanıb. Bakı Şəhər Halqasından ASAN Radioya verilən məlumata görə, məşhur DJ Afrojack ölkəmizdə baş tutacaq yürüş üçün paytaxtımıza gələcək.

O, aprelin 27-də Böyük Britaniyanın tanınmış qrupu “Jamiroquai”nin axşam konsertinin ardınca səhnəyə çıxaraq avtoidman həvəskarları üçün möhtəşəm gecə bəxş edəcək. Əvvəlki illərdən fərqli, bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları “Bakı Kristal Zalı”nda keçiriləcək.

“Grammy” mükafatına sahib Afrojack bəstəkarlığı ilə də məşhurdu. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən çoxcəhətli sənətçidi. Afrojack yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb, sevilməkdədi. Onun bəstələdiyi treklər sırasına Beyonsun “Run The World (Girls)”, Madonnanın David Guetta ilə birlikdə ifa etdiyi “Revolver” və Ne-Yo ilə Pitbullun birgə səsləndirdikləri “Give Me Everything” mahnıları daxildi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!