USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Leyla Əliyeva “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimində iştirak edib

Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Abşeron Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış oldu. Sərgidəki stendlər “Azərbaycanın zirvələri”, “Azərbaycanın faunası”, “Yırtıcı quşlar”, “Su dünyası”, “Azərbaycanın florası”, “Azərbaycanın Qırmızı Kitabı”, “Köçəri quşlar”, “Çəkiliş zamanı” bölmələrini əhatə edir.

Filmin təqdimat mərasimi IDEA Heyvanlara Qayğı Mərkəzi haqqında videoçarxla başladı.

Tədbirdə çıxış edən rejissor İqor Bışnyov Heyvanlara Qayğı Mərkəzinin əhəmiyyətindən danışdı, burada hər cür şəraitin yaradıldığını vurğuladı və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür etdi. “Bu və ya digər bu cür 10-20 mərkəz belə daha geniş ərazidə yayılan sahibsiz heyvanlar problemini tam həll edə bilməyəcək. Lakin əsas odur ki, bu Mərkəzin təşkili bizə ətraf mühiti qorumağın vacibliyini xatırladır”, - deyən rejissor bizim özümüzün də təbiətin bir hissəsi olduğumuzu bildirdi.

Beş il əvvəl Azərbaycana Novruz bayramı ərəfəsində gəldiklərini söyləyən İqor Bışnyov görülən işlər barədə də məlumat verdi. Qeyd etdi ki, 5 il ərzində 5 film çəkilib. 2014-cü ildə Şirvan Milli Parkı, 2015-ci ildə Ağgöl Milli Parkı, Göygöl Milli Parkı haqqında filmlər nümayiş etdirilib. Bir il əvvəl “Azərbaycan. Ceyranların xilası” filmi göstərilib. Filmlərdən dördünün milli parklar haqqında olduğunu söyləyən İqor Bışnyov bu il daha bir milli park - Şahdağ Milli Parkı haqqında filmin nümayişinin planlaşdırıldığını qeyd etdi. Bununla yanaşı, sosial şəbəkələrdə də paylaşılan videoçarxların çəkildiyini diqqətə çatdıran İqor Bışnyov süjetlərə 5 milyondan çox baxış olduğunu söylədi. Vurğuladı ki, dünyanın hər yerində Azərbaycanın canlı təbiətinə dair videolar maraqla izlənilir və bu, olduqca böyük əhəmiyyətə malikdir. Filmlər ölkə daxilində və xaricində müxtəlif telekanallarda göstərilib, mükafatlara layiq görülüb. İqor Bışnyov 5 ildir davam edən əməkdaşlığa görə Leyla Əliyevaya təşəkkürünü bildirdi və bu əməkdaşlığın davam edəcəyinə əminliyini bildirdi. O, bu filmlərin canlılar aləminin ciddi problemlərinin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu dedi.

Sonra “Abşeron Milli Parkı” sənədli filmi nümayiş etdirildi. Film Azərbaycanda ən gənc milli park haqqındadır. 2005-ci ildə yaradılmış bu park Bakının təxminən 60 kilometrliyində yerləşir. Ərazisi böyük olmasa da, parkın özünəməxsus xüsusiyyətləri var. Belə ki, buranın zəngin canlı aləmi bir yarımadada cəmləşir. Habelə ərazinin paytaxta yaxın olması buraya gediş-gəlişi asanlaşdırır. Parkın digər xüsusiyyəti isə Xəzər dənizinə yaxın olmasıdır.

“Azərbaycanın 9 möcüzəsi” layihəsinin təşəbbüskarı Leyla Əliyevadır. Layihə çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq.

IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!