USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib Aİ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir “Azeri Light”ın bir barrelinin qiyməti 64 dolları ötüb “ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb Bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi prosesinə başlanılıb

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sahibkarlığın inkişafının dəstəklənməsinə yönələn tədbirlər sırasında məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini də xüsusi qeyd etmək olar. Artıq bu prosesə başlanılıb".

ASAN Radionun "APA-Economics"ə istinadla verdiyi məlumatına görə, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, proses çərçivəsində özəl sektorun müxtəlif sahələrində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclardan ibarət 155,3 mln. manata qədər borcun tam olaraq silinməsi, eləcə də 26,7 mln. manatadək borcun ödəniləcək hissəsinə müvafiq olaraq qalan hissəsi üzrə borcun silinməsi təmin ediləcəkdir ki, bu da özəl sektorun dəstəklənməsində növbəti böyük addımdır.

Nazir qeyd edib ki, bu baxımdan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli qanunun qəbul olunması və cari il aprelin 1-dən qüvvəyə minməsi xüsusi əhəmiyyət kəsb edir: “Həmin qanuna uyğun olaraq, məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair təlimati məktub hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli şöbələrinə göndərilib. Həmin proses çərçivəsində məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borclar və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borclar tam məbləğdə silinəcək. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların müəyyən hissəsi ödənilməklə, qalan hissənin silinməsi təmin ediləcək”.

S.Müslümov diqqətə çatdırıb ki, bu proses vətəndaşların pensiya təminatına mənfi təsir göstərməməklə həyata keçiriləcək: "Çünki 2017-ci ilin 01 iyul tarixindən pensiya qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən hazırda pensiyanın məbləği yalnız fərdi şəxsi hesabda toplanan sosial sığorta haqlarının ümumi məbləğinə, yəni pensiya kapitalına uyğun təyin olunur. Ona görə də bu borcların silinməsi və tənzimlənməsi elə aparılmalıdır ki, fərdi şəxsi hesablarda toplanan pensiya kapitalına mənfi təsir göstərməsin. Bu baxımdan hər iki tərəfin, həm işəgötürənlərin, həm də işçilərin maraqları nəzərə alınmalıdır.”

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio