5 aprel 2018-ci il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin və Xətai rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib.
ASAN Radio xəbr verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, YAP Xətai rayon Təşkilatının sədri Hüseynbala Mirələmov şanlı qələbənin Azərbaycan ordusunun peşəkarlıq və vətənpərvərlik ruhunu nümayiş etdirdiyini bildirib.
Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva çıxışında aprel döyüşlərində ordumuzun qəhrəmanlığını, fədakarlığını və qələbə əzmini qeyd edib.
Digər qonaqlar da bu tarixi hadisənin əhəmiyyətini və gələcək nəsillər üçün örnək hadisə olduğunu bildiriblər.
Tədbir sonda müzakirələrlə davam etdirilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!