USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Suriyanın BMT-dəki səfiri ölkəsindən çıxan terror qruplarının işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirildiyi barədə məlumatlara münasibət bildirib

"Bu barədə heç nə eşitməmişəm, amma deyə bilərəm ki, bu, beynəlxalq terror müharibəsinin bir hissəsidir, hansı ki, təkcə Suriyaya qarşı deyil, İraq, Liviya, Misir və başqa ölkələrə, bütün dünyaya qarşı yönəlib”.

ASAN Radio xəbər verir ki, bunu APA-ya açıqlamasında Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Suriyadan çıxan bəzi terror qruplarının Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirildiyi barədə məlumatlara münasibət bildirərkən deyib.

“Biz əvvəlcədən hər kəsə xəbərdarlıq etmişdik, ancaq heç kim bizə qulaq asmırdı. Terror qruplarını Suriyaya göndərən hökumətlərə deyirdik ki, bu terror təşkilatları bir gün geri dönməlidir və qarşı çıxdığımız şey sonda həqiqət oldu. İndi bütün dünya öz məsuliyyətini dərk etməlidir”, - deyə o söyləyib.

Səfir bildirib ki, terrorçular harada olursa olsun - Suriya, Rusiya, Azərbaycan, fərq etməz – dövlətlər öz aralarında birlik nümayiş etdirməlidir: “Çünki terrorçular hər yerdə təhlükə saçır. Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalara uyğun həll edilməsini istəyirik”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!