USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Unudulmayanlar" layihəsi görkəmli xanəndə Həqiqət Rzayevanın yaradıcılığına həsr olunub

Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçiriliən "Unudulmayanlar" adlı möhtəşəm layihənin növbəti tədbiri Xalq artisti Həqiqət Rzayevanın yaradıcılığına  həsr olunub.

ASAN Radio BMM-ə istinadla xəbər verir ki, Xalq artisti, opera müğənnisi, muğamlarımızın, xalq mahnılarımızın, təsniflərimizin mahir ifaçısı olan Həqiqət Rzayevanın həyat və yaradıcılığına həsr edilən tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı müğənninin Azərbaycan mədəniyyəti tarixindəki xıdmətlərindən söhbət açıb.

Xalq artistləri Arif Babayev və Canəli Əkbərov Həqiqət Rzayevanın teatrdakı,kinodramaturq,Xalq artisti Oktay Mirqasımov isə kino fəaliyyətindən danışıb.

Həqiqət Rzayevanın oynadığı  tamaşalardan və kinolardan ibarət video çarx nümayiş olunub.

Gecənin konsert proqramı Həqiqət Rzayevanın repertuarına uyğun tərtib edilmişdi.Əməkdar artistlər Anar Şuşalı,Sevinc Sarıyeva,Səbuhi İbayev,Nuriyyə Hüseynova,Gülnaz İsmayilova,ifaçılar Rəvanə Qurbanova,Anar Quliyev,Atabəy İsmayılov, Cavid Əzizov, Ümidə Abbasova, Fatimə Əliyeva musiqi nömrələri ilə çıxış ediblər.

Gecədə ifaçıları tarzən Altay Niftəliyevin rəhbərliyi ilə  Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib: Araz Ağaverdiyev(kamançada),Kamran Novruzov (bəm tarda),Süleyman Əliyev (nağarada),Vəfadar Ramizzadə (balabanda).

Sonda Həqiqət Rzayevanın nəvəsi,Həqiqət xanımın oğlu, bəstəkar Azər Rzayevin qızı-Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Ülviyyə Manafova çıxış edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliğinə, milli musiqi mədəniyyətində görkəmli yerləri olan,muğam və klassik sənətkarlarımızın xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi qayğı və diqqətə görə təşəkkürünü bildirdi. 

Ülviyyə Manafova tədbirin təşkilatçılığına görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə,  həmçinin informasiya dəstəyinə görə "Mədəniyyət" kanalına Həqiqət Rzayevanın ailəsi adından minnətdarlığını bildirdi.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində aşıq ifaçılığı məktəbinin görkəmli  nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Aşıq Ədalətin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!