14/08/2018 14:26

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9383 0.0251 0.2459


Dövlət xidmətləri

 “ASAN İnkişaf Modeli – AİM” proqramına start verilib


09.04.2018   12:47


“ASAN Könüllüləri” Təşkilatı və “AccessBank”ın təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə “ASAN İnkişaf Modeli – AİM” proqramına start verilib. Bu barədə ASAN Radioya ASAN Könüllüləri təşkilatından bildirilib.

İlkin olaraq Sabirabad və Şirvan şəhərində baş tutan proqramda 1000-dən çox məktəbli iştirak edib.

Proqram çərçivəsində prioritet ixtisaslar, özünü inkişaf, psixoloji mövzularda müxtəlif təlim və praktiki məşğələlər keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki,  “AİM”  sosial proqramının əsas məqsədi regionlarda təhsil alan  şagirdlərin tənqidi və tətbiqi düşünmək bacarıqlarını, o cümlədən yaradıcı, məntiqi təfəkkürü inkişaf etdirməkdir.  Həmçinin, AİM layihəsi müasir və innovativ texnoloji yeniliklər, sosial şəbəkələrdən faydalı istifadə, bu istiqamətdə şagirdlərin inkişafı, dünya trendlərinə düzgün qoşulma  mövzularını əhatə edəcək.

 Sabirabad və Şirvan şəhərlərindən start götürmüş bu  proqram ölkəmizin müxtəlif bölgələrində 9-11-ci sinif şagirdlərini əhatə etməklə bir neçə hissəli təlim-seminarlar şəklində təşkil olunacaq. Görüşlərdə iştirakçılara müasir təhsilin predmetləri, vacib mütəxəssis keyfiyyətləri, həyat seçimləri ilə bağlı psixoloji hazırlıq mövzuları barədə məlumat veriləcək. 

 
















ASAN Radio telefonunuzda
Facebook