USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Nyu Yorkda qeyd edilib

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən ASAN Radioya verilən məlumata görə, bayram tədbiri Nyu Yorkda fəaliyyət göstərən Azərbaycan Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

200 nəfərdən çox soydaşımızın iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev, Bruklin şəhər merinin müavini Lori Luis, Azərbaycandan olan yəhudi icmasının rəhbəri Yakov Abramov, icmanın fəalı Pinxas Avşalumov, “Mənim yolum” ("My way”) Uşaq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova, “Bruklin-Bakı” Dostluq Cəmiyyətinin rəhbəri Marietta Rozental və başqaları olub.

Bayram tədbirini açan Azərbaycan Amerika Qadın Cəmiyyətinin və Nyu York Azərbaycan Evinin rəhbəri Münəvvər Vahabova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu iki il ərzində qazandığı uğurlar haqqında iştirakçılara məlumat verib. O, Azərbaycanın dövlətçilik ənənələri haqqında danışaraq ölkəmizin hələ 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə demokratik dəyərləri nəinki bəyan etdiyini, öz praktiki fəaliyyətində onları təmin etdiyini və bugünkü müasir Azərbaycanın həmin dövlətin varisi olduğunu vurğulayıb. Tədbirdə çıxış edən digər qonaqlar da AXC-ni Azərbaycan tarixində mühüm bir hadisə kimi dəyərləndirərək, onun əhəmiyyətindən danışıblar.

Rəsmi çıxışlardan sonra tədbir bədii proqramla davam edib. "Mənim yolum" Uşaq İnkişaf Mərkəzinin rəqs ansamblı, Azərbaycandan dəvət olunmuş müğənni Könül Kərimova, bəstəkar-ifaçı Cabbar Musayev öz repertuarlarındakı musiqilərlə çıxış ediblər. Sonda Lori Luis və Marietta Rozental Könül Kərimovaya, Cabbar Musayevə və Münəvvər Vahabovaya Bruklin şəhərinin meri Erik Adamsın imzası ilə olan mükafatları təqdim ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!