USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
MSK sədri: “Adı seçici siyahısında olmayan seçicilərin adını siyahıya sala bilərik”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Dövlət Statistika Komitəsi və MSK-nın səs vermək hüququna malik vətəndaşların sayı ilə bağlı statistikası arasında 2 milyon nəfərə qədər fərq olmasına aydınlıq gətirib.

ASAN Radionun məlumatına görə, bu gün keçirilən mətbuat konfransında MSK sədri bildirib ki, Azərbaycanda vətəndaşın səs vermək hüququnu heç kim məhdudlaşdıra bilməz.

MSK sədri deyib ki, istənilən şəxs səsvermə günü şəxsiyyət vəsiqəsini götürüb yaşadığı dairədəki məntəqədə səs verə bilər: "Kiminsə adı seçici siyahısına düşməyə bilər. Ancaq Azərbaycanda vətəndaşın səs vermək hüququ mütləqdir. Bunun demokratik, şəffaf seçkilərin təşkilinə kölgə salması imkanı yoxdur. Mən dəfələrlə demişəm ki, bu məsələni qabardanların qohumlarından adı seçici siyahısında yoxdursa, biz onun adını məmnuniyyətlə seçici siyahısına sala bilərik. Azərbaycanda MSK və Dövlət Statistika Komitəsinin statistikası arasında fərqin vətəndaşın səsvermə hüququnun təmin olunmasına heç bir təsiri yoxdur. Ancaq bir sıra ölkələrdə adı seçici siyahısında olmayanların səs verməsinə icazə verilmir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!