USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya verilən məlumata görə, Ə. Qarayev Özbəkistan və Azərbaycan arasında mədəniyyət və turizm əlaqələrinin inkişaf etdirilməsi, turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Sarvar Otomuradov Özbəkistanın turizm bazarı üçün Azərbaycanın prioritet istiqamətlərdən biri olduğunu və bu məqsədlə qarşılıqlı turist mübadiləsinin xüsusi əhəmiyyətini qeyd edib.

Nazir ölkəmizin müxtəlif turizm imkanlarının, o cümlədən sağlamlıq turizmi, qış turizmi və s. turizm sahələrinin özbək turistlərini Qalaaltı, Naftalan, Duzdağ, Şahdağ və s. istiqamətlərinə cəlb edə biləcəyini bildirib. Qeyd edib ki, bu məqsədlə hər iki ölkəyə info-turların təşkili turistlərin cəlb olunması, turizm potensialının təbliği istiqamətində effektiv ola bilər.

Görüşdə Özbəkistan və Azərbaycan arasında birbaşa uçuşların mövcudluğunu nəzərə alaraq, birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı təkliflər səsləndirilib. Qonaq Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi ilə hüquqi baza əsasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!