USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri yüksək qiymətləndirilib

Aprelin 10-da MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevin rəhbərliyi ilə qurumun nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

ASAN Radio xəbər verir ki, MSK sədri Məzahir Pənahovla keçirilən görüşdə Sergey Lebedev Komissiyanın seçki prosesinin yüksək səviyyədə təşkili istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O bildirib ki, seçki prosesində rast gəlinəcək çatışmazlıqların aradan qaldırılması üçün bütün işlər görülüb. Bu isə Azərbaycanda seçkilərə hazırlıq işlərinin ildən-ilə təkmilləşdiyini göstərir. Sergey Lebedev qeyd edib ki, MDB nümayəndələri bu dəfə də seçki prosesini yaxından izləyəcəklər.

MSK sədri Məzahir Pənahov seçkilərə hazırlıq işləri barədə ətraflı məlumat verib. O bildirib ki, seçki prosesinin şəffaf, normativ-hüquqi əsaslara uyğun keçirilməsinin təmin olunması üçün MSK tərəfindən bütün işlər görülüb. Sədr MDB-nin müşahidə missiyasının ölkəmizdə keçiriləcək prezident seçkilərini izləməsini yüksək qiymətləndirdiyini deyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!