USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sergey Lebedev: “Seçici fəallığı müşahidə olunur”

“Bizim missiyaya 220 müşahidəçi daxildir. Səhər tezdən bütün regionları gəzmişik. Bakıda şəxsən özüm 10-dan çox seçki məntəqəsində olmuşam. Hər yerdə çox sakit vəziyyət və seçici fəallığı müşahidə olunur, hər şey yüksək səviyyədə təşkil olunub”.

ASAN Radionun xəbərinə görə, bunu MDB İcraiyyə Komitəsinin sədri, təşkilatın Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib. O, yerli müşahidəçilərlə söhbət etdiklərini də söyləyib: “Yerli müşahidəçilərlə danışdıq, soruşduq ki, hər hansı qayda pozuntusu olubmu? Biz heç bir yerdə pozuntu qeydə almamışıq, yerli müşahidəçilər də heç nə deməyib. Bizi sevindirir ki, xalq səsvermədə çox aktiv iştirak edir. Seçkilərdən sonra toplanıb, yekun qiymətləndirmə edəcəyik və sabah mətbuat konfransında açıqlayacağıq. Biz sidq ürəkdən diləyirik ki, bu seçkilər Azərbaycanda sülh və stabilliyin inkişafına töhfə versin”. 

 

S. Lebedev bildirib ki, Rusiya və Azərbaycan bir-birinin strateji tərəfdarıdır: “Azərbaycanda stabil hakimiyyət, xalq tərəfindən sevilən, hörmət edilən dövlət başçısının olması Azərbaycanın təkcə Rusiya ilə deyil, bütün ölkələrlə münasibətinə müsbət təsir etmiş olar”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!