USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakının daha bir küçəsi istifadəyə verildi

Bakının Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsində təmir-tikinti işləri aparılıb.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, Əziz Nəzərov küçəsinin uzunluğu 1 km, ortalama eni isə 10 m-dir. Uzun müddət küçənin təmir olunmaması nəticəsində asfalt-beton örtüyündə yaranmış qabarma və dağılmalar avtonəqliyyat vasitələrinin normal hərəkətinə mane olurdu. Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə küçənin 10 min kv.m sahəsi 2 qat olmaqla asfatlanıb.

Bundan başqa, aparılmış işlər çərçivəsində yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 59 ədəd baxış qapağı yenilənib. Vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, səkilərin kənarına ümumilikdə 2 min p/m yeni səki daşı düzülüb.

Əziz Nəzərov küçəsi bu gündən etibarən tam yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!