Prezident seçkilərində saat 15:00-dək seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri müəyyənləşib.
MSK-dan ASAN Radioya bildirilib ki, saat 15:00-a olan məlumata əsasən, ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində qeydə alınıb. Bu seçki dairəsində 51 min 117 seçicidən 35 min 135-i (68,73 faiz) artıq səsvermədə iştirak edib.
Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində 40 min 68 seçicidən 17 min 657-si (44,07 faiz) səsvermədə iştirak edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!