USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATƏT sədri Qarabağla bağlı bəyanat yaydı

ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yayıb.

AzVision.az xəbər verir ki, bəyanatda bildirilib ki, qoşunların təmas xəttində vəziyyətin gərgin olaraq qalır: 

“Mən son itkilərə görə təəssüf edirəm. Tərəfləri atəşkəs rejiminə əməl tərəf çağırıram. Bu mənada Ermənistan və Azərbaycan prezidentləri ilə görüş təşkil edən Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadan olan həmkarlarımın təşəbbüsünü alqışlayıram. Hər iki prezidentin münaqişənin sülh yolu ilə həlli üçün atəşkəsin davam etməsinə dair razılaşmasına və eləcə də iyun ayında danışıqların yeni raundunun keçirilməsinə hazır olduqlarını ifadə etmələrinə görə çox şadam”.

ATƏT sədri daha sonra qeyd edib ki, Almaniya 2016-cı ildə ATƏT-də sədrliyi dövründə Minsk Qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə israrlıdır: "Biz insidentlərin araşdırılması mexanizminin yaradılmasına dair səyləri fəal dəstəkləyəcəyik və mənim şəxsi nümayəndəm, səfir Anjey Kasprşikin komandasının genişləndirilməsi üzərində çalışacağıq. Apreldə təmas xəttində baş vermiş döyüş əməliyyatları dalandan çıxmaq üçün səylərin artırılmasının vacib olduğunu bir daha xatırlatdı. Hərtərəfli nizamlanmaya dair danışıqların bərpa olunmasından ötrü əlverişli şəraitin yaradılmasına nail olmaq üçün atəşkəs rejiminin möhkəmləndirilməsi başlıca məsələdir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!