USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda külli miqdarda istifadəyə yararsız ət aşkarlanıb

May ayının 14-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları reyd keçiriblər. Baytarlıq nəzarəti məqsədi ilə aparılan reyd zamanı Montində yerləşən "Ucal-Elgün" MMC heyvan kəsim məntəqəsinin soyuducu kamerasında olan heyvan cəmdəklərindən 6 ədəd hissəyə bölünmüş (şaqqa) heyvan ətinin orqanoleptik göstəriciləri şübhə doğurub. Şübhəli ətlərdən baytarlıq mütəxəssislərinin nəzarəti altında nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən xəbərə görə, laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə görə "Ucal-Elgün" MMC heyvan kəsim məntəqəsinin soyuducu kamerasından götürülən ət nümunələrində bakterioloji çirklənmə (BÇQB, stafilakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinə zamanı isə həmin ət nümunələrinin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Reyd zamanı "Təzə Bazar" MMC-nin ət qəbulu məntəqəsində Salyan rayonundan paytaxta satış məqsədi ilə, "Ford Transit" 90MG171 dövlət nömrə nişanlı yük avtomobilində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, üst-üstə yığılmış vəziyyətə, antisanitar şəraitdə, temperatur rejimi gözlənilmədən gətirilən 7 (yeddi) baş iribuynuzlu heyvan cəmdəkləri aşkar edilib.

Ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!