Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
ASAN Radionun verdiyi məlumata görə, Rusiya prezidenti azərbaycanlı həmkarına göndərdiyi təbrik teleqramında qeyd edib ki, İlham Əliyevin seçkilərdə inamlı qələbəsi onun siyasi nüfuzunun olduğunu təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət vəzifələrinin həllində xidmətlərinin dəyərləndirildiyini göstərir.
V. Putin İ. Əliyevin Moskva-Bakı dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində göstərdiyi səyləri yüksək qiymətləndirərək əmin olduğunu bildirib ki, dövlətlər birgə səylərlə bundan sonra da Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verən bütün sahələrdə ikitərəfli əməkdaşlığın, eləcə də regional və beynəlxalq məsələlərdə tərəfdaşlığın möhkəmləndirilməsini təmin edəcəklər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!