USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident Sergey Lebedevi qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də MDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedevi qəbul edib.

ASAN Radio xəbər verir ki, Sergey Lebedev seçkilərdə inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıraraq dedi: “Bu seçkilərin nəticələri Sizə Azərbaycan xalqının nə dərəcədə hörmət bəslədiyinin təzahürüdür. MDB İcraiyyə Komitəsinin sədri kimi əlavə etmək istərdim ki, Siz bütün Müstəqil Dövlətlər Birliyi məkanında böyük nüfuza maliksiniz”. 

 

Sergey Lebedev dövlətimizin başçısına MDB-nin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi və İlham Əliyevin növbəti prezidentlik fəaliyyəti dövründə də Azərbaycanın bu təşkilatla fəal əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə etdi. Rəhbərlik etdiyi missiyaya 8 dövlətdən 221 müşahidəçinin daxil olduğunu vurğulayan qonaq nümayəndə heyəti adından Azərbaycan xalqına və ölkəmizə firavanlıq və uğurlu inkişaf arzuladı.

 

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev xeyli sayda müşahidəçinin daxil olduğu MDB müşahidəçilər missiyasının fəaliyyətinin önəmini qeyd etdi. MDB ilə əlaqələrə toxunan dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığa böyük önəm verdiyini bildirərək qeyd etdi ki, Azərbaycan tərəfi hər zaman bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyev Sergey Lebedevin MDB-nin beynəlxalq nüfuzunun artması və inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirdi.

 

Azərbaycanın MDB-nin fəal üzvü olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, ölkəmiz bundan sonra da bu təşkilat çərçivəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!