USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Avropa Olimpiya Komitələrinin prezidenti və baş katibi Prezident İlham Əliyevi təbrik edib

Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçdən və Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

 

Təbrikdə deyilir:

 

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Avropa Olimpiya Komitələrinin adından səmimi qəlbdən təbrik edirik.

 

Bu qələbə Sizin əvvəlki illərdə dövlət başçısı vəzifəsində həyata keçirdiyiniz mükəmməl fəaliyyətin yüksək qiymətləndirilməsi, həmçinin Azərbaycan xalqının ölkənin tərəqqisinin hərəkətverici qüvvəsi kimi Sizə bəslədiyi etimadın göstəricisidir. Məhz Sizin rəhbərliyinizlə Bakıda və ölkənin bütün regionlarında inkişaf və yenidənqurma, eləcə də müasirləşmə işlərinin geniş vüsət alması Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib.

 

İcazə verin, bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizinlə və Milli Olimpiya Komitəsi ilə aramızda olan, yüksək dəyərləndirdiyimiz dost münasibətlərinə görə dərin minnətdarlığımızı bildirək.

 

Ölkənizin Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, eləcə də növbəti Avropa Gənclər Olimpiya Festivalının məhz Bakıda keçirilməsi ölkənin Avropada güclü nüfuza malik olmasını təsdiq edir. Bu isə ölkənin müasir, dinamik inkişaf edən xarakterinin və burada necə əməksevər və dost insanların yaşadığının bariz nümunəsidir.

 

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Bu il mayın 11-12-də Belqrad şəhərində Sizinlə görüşməyə ümidvarıq".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!