“Azəriqaz” İstehsalat Birliyi Bakının bəzi yerlərində qazın olmaması barədə sakinlərin şikayətlərinə aydınlıq gətirib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev ASAN Radioya bildirib ki, Respublika ərazisində temperaturun aşağı düşməsi və havanın kəskin soyuması nəticəsində birliyin balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib.
“Bu isə müəyyən ərazilərdə mavi yanacağın verilişində çətinlik yaradıb. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan sonra Respublika üzrə tək-tək şikayətlər istisna olmaqla, bu gün mavi yanacağın verilişi ilə bağlı hər hansı məhdudiyyət, problem yaşanmır. Hazırda əməkdaşlarımız tərəfindən tənzimləmə işləri davam etdirilir. Tələbat artdıqca təbii qazın verilişi də artır. Ötən günlərlə müqayisədə aprelin 14-i və 15-i tarixlərində təbii qazın verilişində 2 milyon 800 kub metr artım olub”, - deyə qurum rəsmisi vurğulayıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!