USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasına üzv olub

Bu gün Bakıda Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasının təsis olunması ilə bağlı imzalama mərasimi keçirilib.

ASAN Radionun məlumatına görə, 8 ölkənin- Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızısan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reystrləri və büroları yeni assosiasiyanın üzvləri seçilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov bildirib ki, assosiasiyanın yaradılmasında əsas məqsəd rəqəmsal iqtisadiyyatda çağırışlara cavab verməkdir. Onun sözlərinə görə, Assosiasiya şəffaflığın artırılması və müasir metodların tətbiqi ilə bağlı təcrübə mübadiləsinə imkan verəcək.  İ.Alışov hesab edir ki, Assosiasiya region ölkələrində maliyyə xidmətlərinin inkişafına dəstək olmaqla yanaşı, maliyyə xidmətlərinə çıxışı da asanlaşdıracaq.

Palata rəsmisi əlavə edib ki, Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasında təmsilçilik Azərbaycanın maliyyə mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılmış addımlardan biri sayılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!