18/08/2018 12:23

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9343 0.0254 0.2909


Mədəniyyət

Türkiyənin şərq bölgələrinə olan turizm marşrutu Naxçıvana qədər uzadılacaq


17.04.2018   12:28


Türkiyənin şərq bölgələrinə olan turizm marşrutunu Naxçıvana qədər uzadıla bilər.

ASAN Radio xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral eyib.

O bildirib ki, Türkiyə ilə Naxçıvan arasında iqtisadiyyatın bütün sahələrində, o cümlədən turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Türkiyənin şərq bölgələrinə, əsasən də Qars, İğdır kimi şəhərlərinə turistlərin axını ötən ildən artmağa başlayıb. Məqsədimiz Naxçıvan ilə əlaqəli şəkildə bu turizm marşrutunu Naxçıvana qədər uzatmaqdır.

“Naxçıvan ilə Türkiyə arasındakı turizm əlaqələrini daha da inkişaf etdirməklə Türkiyədən Naxçıvana gələn turistlərin sayını artırmaq niyyətindəyik. Naxçıvanın tarixi, təbiətinin gözəlliyi, duz mağaralarının mövcudluğunu nəzərə alaraq turistlər üçün böyük maraq kəsb edən bir yer olduğunu söyləmək olar”,- deyə səfir bildirib.

 




Xəbər lenti

18 Avqust
17 Avqust













ASAN Radio telefonunuzda
Facebook