USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib

Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində “Rus inqilabı və Azərbaycan Demokratik Respublikasının tarixi: 100 ildən sonra baxış” mövzusunda dəyirmi masa keçirilib.

ASAN Radionun APA-ya istinadla verdiyi məlumata görə, MDU-nun tarix fakültəsinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov, MDU-nun tarix fakültəsinin dekanı İvan Tuçkov, universitetinin müəllim və tələbələr, hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəyirmi masanın moderatoru tarix elmləri namizədi, MDU-nun yaxın xarici ölkələr kafedrasının dosenti İsmail Ağakişiyev tədbiri açaraq bildirib ki, görüş iştirakçıları Azərbaycan Demokratik Respublikası (ADR) liderlərinin Azərbaycan dövlətçiliyinin formalaşmasında rolu, rus inqilabı və ADR-də milli özgürlük və təhsil, 1917-1918-ci illər vətəndaş müharibəsi dövründə Cənubi Qafqaz, Azərbaycan ziyalılarının formalaşmasında Rusiya təhsili və digər mövzuları müzakirə edəcəklər. 

Səfir Polad Bülbüloğlu çıxışında Azərbaycan prezidenti İlham Əliyevin ADR-in 100 illiyinin qeyd olunması barədə sərəncam imzaladığını, bugünkü tədbirin məhz həmin sərəncam çərçivəsində keçirilən dəyirmi masa olduğunu vurğulayıb: "Azərbaycan və Rusiya arasında əlaqələrin tarixi 200 ildən çox olan bir dövrü əhatə edir. Yaxın Şərqdə ilk demokratik respublikanın yaradılması böyük hadisədir. XIX sonu və XX əsrin əvvəllərində Bakıda neft bumu müşahidə olunurdu. Təkcə Rusiyadan deyil, Avropadan da bura mühəndislər, həkimlər, müəllimlər gəlirdi. Bütün bunlar Azərbaycanda azadlıq, demokratiya ideyalarının formalaşmasına şərait yaradırdı. Təsadüfi deyil ki, Rusiya imperiyasının birinci və ikinci çağırış parlamenti - Dumaya Azərbaycan nümayəndələri də seçilmişdilər, türk qrupunun rəhbəri isə Əlimərdan Topçubaşov idi”.

Diplomat müasir müstəqil Azərbaycan dövlətinin ADR-in hüquqi və mənəvi varisi olduğunu vurğulayıb: "ADR-in yaradıcıları olduqca mürəkkəb vəziyyətdə dövlət qura və az müddət – 23 ay fəaliyyət göstərmələrinə baxmayaraq, ölkəmiz və demokratiyanın inkişafı üçün böyük işlər görmüşdülər".

MDU-nun tarix fakültəsinin dekanı İvan Tuçkov ADR-in yaradılmasını tarixdə əhəmiyyətli hadisə adlandıraraq deyib ki, 1917-ci il inqilabı tarixin gedişini dəyişib. Tarixçi nə qədər faciəvi olsa da, XX əsrin əvvəllərində baş vermiş hadisələrin ətraflı öyrənilməsinin vacibliyini qeyd edib.

Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda ilk demokratik respublika qurucularının xatirəsinin daim ehtiramla anıldığını bildirərək qeyd edib ki, ADR-dən danışarkən “ilk” sözü tez-tez işlənir: "Şərqdə ilk demokratik respublika, Azərbaycanda ilk ordu, Azərbaycan xalqının ilk soyqırımı... ADR bu soyqırımını araşdırmaq üçün ilk komissiyanın yaradıcısı olub. Azərbaycan xalqı heç vaxt heç kimlə düşmənçilik etməyib. Azərbaycanda mültikultralizim siyasəti məhz xalqımızın tolerantlığından xəbər verir. Ölkəmizdə bütün tarixi abidələr qorunub saxlanılıb. Şamaxı məscidi ermənilər tərəfindən məhv edilmişdi. Buna baxmayaq, Bakının mərkəzində erməni kilsəsi var və dövlət tərəfindən qorunur".

Tarix fakültəsinin dekan müavini Oksana Solopova AXC-nin yarandığı dövrdə bir çox Azərbaycan ziyalılarının Rusiyanın müxtəlif ali məktəblərində təhsil aldıqlarını və onların ölkənin elmi, mədəni, siyasi həyatında mühüm rol oynadıqlarını söyləyib: "Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında ADR-in təcrübəsinin əhəmiyyəti olduqca böyükdür. ADR-in ən böyük xidmətlərindən biri parlament ənənəsinin yaradılmasıdır. Azərbaycan Respublikasının parlament quruculuğu demokratiya və çoxpartiyalı, plüralist siyasət mövqeyi əsasında formalaşıb. Məhz bu tarixi özülün üzərində müstəqil müasir Azərbaycan dövləti yaradıldı".

Sovet və Azərbaycan diplomatı, Azərbaycan emiqrasiyasının tədqiqatçısı Ramiz Abutalıbov cümhuriyyət qurucularının 1920-ci ildən sonrakı fəaliyyətindən, mühacirətdə keçirdikləri həyat yolundan danışıb.

Daha sonra çıxış edən natiqlər ADR-in yarandığı dövrdə ictimai-siyasi vəziyyətdən, cümhuriyyət qurucularının 23 ay ərzində keçirdiyi dövlət islahatlarından, ADR-in xarici siyasətindən danışıblar. Azərbaycanlı və rusiyalı alimlər Rusiya inqilabı və ADR-in yaranmasını şərtləndirən hadisələrə tarixi qiymət veriblər. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!