21/10/2018 18:33

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Dövlət xidmətləri

AZINNEX Əfqanıstan İslam Respublikasının nümayəndə heyəti ilə görüşüb 


19.04.2018   16:38


Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müşaviri Camal Aryubi və “ASAN Khedmat” mərkəzinin direktoru Məhəmməd Naim Çamkanainin təmsil etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri ilə görüşü keçirilib. 

ASAN Radio Dövlət Agentliyinə istinadla xəbər verir ki, görüşdə AZINNEX barədə ümumi məlumatla yanaşı, iştirak edən üzv şirkətlərin innovativ məhsul və xidmətləri barədə təqdimatlar edilib. Həmçinin Konsorsium üzvlərinin Əfqanıstan bazarında tətbiq edilə biləcək innovasiyaları və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Nümayəndə heyəti tərəfindən “ASAN xidmət” modelinin Əfqanıstan İslam Respublikasında uğurla tətbiq olunması üçün başlanılmış prosesdə yeni islahatların aparılması, ümumilikdə ölkənin müasir infrastrukturunun qurulması çərçivəsində AZINNEX-in töhfələrinə ehtiyac olduğu bildirilib. 

Görüş gələcəkdə real əməkdaşlıq imkanları üzrə müzakirələr ilə davam etdirilib. 

 




Xəbər lenti

20 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook